Ermənistan parlamentinin spikeri: “Düşmən hər dəqiqə hücuma keçə bilər”backend

Ermənistan parlamentinin spikeri: "Düşmən hər dəqiqə hücuma keçə bilər"

“Düşmən hər dəqiqə hücuma keçə bilər”.

KONKRET.az xəbər verir ki, bunu yanvarın 23-də jurnalistlərə müsahibəsində Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

“Düşmən pisdir, düşmən bacarır, çalışır və çalışacaq ki, biz güclənənə, əks-hücuma gedə bilməyənə qədər hər dəqiqə bizə hücum etsin”, – deyə o bildirib.

Simonyan əlavə edib ki, sentyabrın 13-də Azərbaycan dayandırılmasaydı, Zəngəzur “əldən getmişdi”.

“Əgər həmin gün Azərbaycanın qarşısı alınmasaydı, düşmən Naxçıvana Zəngəzurdan gedib-gələcəkdi.

Siz unutmayın ki, cəmi iki il əvvəl də ordu indiki kimi böyük müharibə vəziyyətində idi”, – deyə Simonyan fikrini tamamlayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*