Ermənistan Daxili İşlər Nazirliyi yoxlamalar nəticəsində 51 polis əməkdaşını vəzifəsindən azad edib, 46 cinayət işi açılıb.
KONKRET.az xəbər verir ki,bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
İtaətsizlik aksiyaları zamanı rüşvət, zorakılıq tətbiqi, sənədlərin saxtalaşdırılması və sərhədi qanunsuz keçməyə köməklik ittihamı ilə günahlandırılan iki xilasedici də işdən çıxarılıb.
Polis, Xilasetmə, Miqrasiya və Vətəndaşlıq Xidməti tərəfindən ümumilikdə 1911 araşdırma aparılıb. Nəticədə 632 nəfər (o cümlədən 561 polis əməkdaşı) intizam tənbehi alıb. Belə ki, 95 nəfərə şiddətli töhmət verilib, 11 nəfərin vəzifə və ya rütbəsi aşağı salınıb, 51 nəfər işdən çıxarılıb.
Daxili İşlər Nazirliyi bu cür qanun pozuntularının nəticələri barədə məlumat verməyə davam edəcəyini açıqlayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az