Ermənistan prezidenti Armen Sarkisyan Dağlıq Qarabağdakı münaqişənin sentyabr ayının sonunda böyüməsini təsadüfi saymır. O, hesab edir ki, Azərbaycan uzun illərdir ki, yeni bir eskalasiya mərhələsinə hazırlaşırdı.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan prezidenti Rusiyanın RBK televiziyasına müsahibəsində deyib.
“Niyə sentyabr ayında başladılar? Çünki Amerika o dövrdə seçkiqabağı kampaniya ilə məşğul idi. Dünya dövlətlərinin başı da koronavirus pandemiyasına qarışmışdı. Bundan əlavə, heç vaxt olmadığı qədər bu gün Türkiyənin Azərbaycana böyük təsiri var. Bakı silah almaq üçün son illər milyardlarla dollar xərclədi, o zaman Qarabağdakı ermənilərsə kəndlər, məktəblər, uşaq bağçaları, xəstəxanalar tikirdilər”, – deyərək Ermənistan Prezidenti Azərbaycan dövləti qarşısında aciz qalmalarına bəraət qazandırmaq istəyib.
Surxay Atakişiyev,
KONKRET.az

Prezident ermenistan, siz Qarabağ’da tikinti inşaat işləri aparmamısınız bu dövrdə, siz Qarabağda olan Füzuli, Cəbrayıl, Ağdam və digər rayonlarda yerləşən bir nömrəli rus məktəblərin və digər mədəni ictimai binalarımızı o cümlədən Azığ Mağarasında olan qiymətli eksponatları talayıb xarici və qonşu dövlətlərə satmağla məşqul idiniz, siz tikinti işləri ilə yox söküntü işləri ilə məşqul olmusunuz və bu işlərə başınız qarışdığınızdan Azərbaycan dövləti bütün sahələrdə o cümlədən hərbi sahədə üstləmişdir. Sizin bütün dünyaya bəyan etdiyiniz bu cümləyə aydınlığ gətirəsiniz “Biz ermənilər işğal etdiyimiz torpaqlarda, qiymətli bütün əşyaları söküb,talıyıb digər ölkələrə satmağ ilə məşqul olmuşuq” bu sizin düzgün cavabınız olardı. Füzuli şəhərindəki 100 illərlə fəaliyyət göstərmiş bir nömrəli rus dili məktəbinin inzibati binasının inşaat mallarını sökülüb və kimlər tərəfindən hansı dövlətə satdığınız barədə ətraflı məlumat versəniz yaxşı olar!