Ermənistan prezidenti korpus komandirini vəzifəsindən AZAD ETDİbackend

Ermənistan prezidenti korpus komandirini vəzifəsindən AZAD ETDİ

Ermənistan prezidenti Vaaqn Xaçaturyan ikinci ordu korpusunun komandiri Vaqram Qriqoryanı vəzifəsindən azad edib.

KONKRET.az xəbər verir ki, Ermənistan İctimai Televiziyasının məlumatına görə, Silahlı Qüvvələrin yanğın təhlükəsizliyi idarəsinin rəisi də işdən çıxarılacaq.

Səbəb bu gün baş verən yanğındır.

Kazarmada baş verən yanğınla əlaqədar aşağıdakıların da vəzifəsindən azad olunacağı bildirilir:

İkinci Ordu Korpusunun Baş Qərargah rəisi, komandir müavini, polkovnik Miqran Maxsudyan;
Korpus komandirinin maddi-texniki təminat üzrə müavini polkovnik Şiraz Xaçatryan;
Korpus komandirinin müavini, polkovnik Artur Oqanyan.

Qeyd edək ki, hərbi hissədə yanğın saat 02:58-də lokallaşdırılıb, saat 06:33-də söndürülüb. Təxminən 104 kvadratmetr sahəsi olan tikili yanıb.

Yanğında 15 əsgər həlak olub, 3-ü yanıq xəsarətləri ilə Vardenis tibb mərkəzinə yerləşdirilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*