Ermənistan Prezidenti üzünü Rusiyaya tutdu: “Məni dəvət etsəniz, şad olaram”backend

Ermənistan Prezidenti üzünü Rusiyaya tutdu: "Məni dəvət etsəniz, şad olaram"

KONKRET.az xəbər verir ki, Ermənistan prezidenti Armen Sarkisyan bildirib ki, əgər dəvət alsa, Böyük Vətən Müharibəsinin qələbəsinin 75 illiyini qeyd etmək üçün Moskvaya gələcək.

Sarkisyan əlavə edib ki, bütün erməni xalqı bu qələbənin bir parçasıdır, Ermənistandakı hər bir ailə bu qələbəyə töhfə verib, hətta xaricdə yaşayan erməni diasporu da.

“Dəvət olunsam, mütləq gələcəm. Bu, böyük Qələbə Günüdür və bu qələbə hamımız üçün vacibdir: Ruslar, ermənilər, ukraynalılar, özbəklər və digər millətlər üçün”.

Ermənistan prezidentinin sözlərinə görə, o, Böyük Qələbənin 75-ci ildönümündə Moskvada görünsə, çox şad olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*