“Qraparak” nəşri yazır ki, dörd günlük sükutdan sonra nəhayət Ermənistanın Müdafiə Nazirliyi Qarabağ münaqişəsi zonasında 11 hərbçinin adlarını açıqlayıb.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, itkilərin belə az saytda göstərilməsi də şübhə doğurur.
“Qraparak” yazır:
“Ancaq bu barədə məlumat verilməzdən əvvəl, son 4 gün ərzində erməni tərəfdən itki olub-olmamasının və öldürülənlər barədə niyə məlumat verilməməsinin aydınlaşdırılması üçün Müdafiə Nazirliyinə sorğu göndərdik. Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildrdi ki, “Cəsədlərin tanınması ilə bağlı ciddi problemlər var. Bu baxımdan ölənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün xeyli vaxt lazım olur”.
Erməni mediası artıq etiraf edir ki, sosial şəbəkələrdə cəmiyyətdə ümidsizlik yaratmamaq üçün hər gün ölü sayı ilə bağlı məlumat verilməyəcəyi barədə çoxlu müzakirələr aparılır.
Xatırladaq ki, Ermənistan rəsmi olaraq müharibədə 1177 hərbçinin öldüyünü açıqlayıb.
Amma real statistika onu deməyə əsas verir ki, bu itkilər rəsmi rəqəmlərdən qat-qat çoxdur.
Natiq Səlim,
KONKRET.az
