Ermənistan tərəfində döyüşmüş ekstremist qruplaşma rəhbəri həbs edildi – FOTObackend

Ermənistan tərəfində döyüşmüş ekstremist qruplaşma rəhbəri həbs edildi - FOTO

Fransada ləğv edilmiş ekstremist sağçı “Zouaves Paris” (ZVP) qruplaşmasının lideri Mark De Kakkere-Valmenir bir il müddətinə azadlıqdan məhrum edilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, prezidentliyə namizəd Erik Zemmurun dekabr ayında keçirilən mitinqində zorakılıq tətbiq etdiyi üçün nümayişlərdə iştirakına qadağa qoyulan Kakkere-Valmener yanvarın 15-də vaksinasiya əleyhinə keçirilən aksiyada iştirak etdiyi üçün saxlanıldıqdan sonra dünən həbs edilib.

O, 2020-ci ilin iyununda Parisdəki barda hücuma görə bir il həbs cəzasına məhkum edilmişdi.

Zemmurun mitinqindəki zorakılıqdan sonra, yanvarın 5-də Nazirlər Kabinetinin qərarı ilə Kakkere-Valmenir sərbəst buraxılıb və onun nümayişlərdə iştirakına qadağa qoyulub.

O, 2018-ci ilin dekabrında isə “Sarı jiletlilər”in nümayişində zorakılığa görə 6 ay, bara hücuma görə isə 10 ay həbs cəzasına məhkum edilib.

Kakkere-Valmenir 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın tərəfində muzdla döyüşmək üçün Dağlıq Qarabağa gedib.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*