Ermənistan təyyarəsi quşla toqquşdubackend

Ermənistan təyyarəsi quşla toqquşdu

Kişinyov-İrəvan aviareysi zamanı “FlyOne Armenia” şirkətinin icarəyə götürdüyü təyyarə quşla toqquşub.

KONKRET.az bu barədə erməni mediasına istinadən xəbər verir. Enişdən sonra texniki baxış nəticəsində məlum olub ki, təyyarə zədələnib və alınan zədə səbəbindən təyyarəni idarə etmək mümkün olmayacaq. Bu səbəbdən İrəvan-Milan reysinin təxirə salındığı bildirilir. Şirkətin Facebook səhifəsində hadisə barədə sərnişinlərə müraciət edilib.

“Şirkət qeyd olunan reysin statusu barədə daha sonra məlumat verəcək. Biz sizin anlayışınıza güvənirik. İrəvan-Milan-İrəvan reysi ilə bağlı hər hansı digər sualınız olarsa, şirkətin müvafiq hava limanlarındakı nümayəndələri ilə əlaqə saxlayın”, – deyə şirkətin açıqlamasında bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*