Ermənistan Ukraynanın Dağlıq Qarabağla bağlı çağırışına belə cavab verdibackend

Ermənistan Ukraynanın Dağlıq Qarabağla bağlı çağırışına belə cavab verdi

KONKRET.AZ xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyi Ukrayna Xarici İşlər Nazirliyinin vətəndaşların cinayət məsuliyyəti təhdidi ilə Dağlıq Qarabağa gəlməsini qadağan edən bəyanatına cavab verib. Cavabda bildirilir ki, “ATƏT-in Minsk Qrupu həmsədrlərinin beynəlxalq mandatının xarakterinə zidd olan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün formulalar münaqişənin sülh yolu ilə həll prosesinə töhfə vermir”.

Xatırladaq ki, Ukrayna Xarici İşlər Nazirliyi vətətndaşlarının Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziyaya səfərləri ilə bağlı bəyanat yaymışdı. Nazirlik vətəndaşları bu ərazilərə getməməyə çağırıb, əks halda vətəndaşlar inzibati və cinayət məsuliyyətinə cəlb edilə bilər.

Açıqlamaya görə, Ukrayna Azərbaycan və Gürcüstana aid əraziləri tanıyır və vətəndaşlara məlumat verir ki, orada olduqda həmin ərazilərə gəldikləri üçün cinayət və inzibati məsuliyyət müəyyənləşdirən bu iki ölkənin qanunlarına tabe olacaqlar.

Göründüyü kimi Ukrayna XİN-inin bəyanatı Ermənistanın ürəyincə olmayıb və bu bəyanata olduqca məntiqsiz şərh verib.

Fadil PAŞAYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*