Ermənistan xarici işlər naziri Türkiyə ilə münasibətlərin normallaşması HAQDAbackend

Ermənistan xarici işlər naziri Türkiyə ilə münasibətlərin normallaşması HAQDA

Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün siyasi iradə və real addımlar lazımdır.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yunanıstanın Kathimerini nəşrinə müsahibəsində deyib.

O, ölkələr tərəfindən xüsusi nümayəndələr təyin edildiyini, sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması prosesi ilə bağlı ilkin şərt qoyulmadan 4 görüşün keçirildiyini xatırladıb.

“Prosesə müsbət təkan vermək üçün Türkiyə xarici işlər nazirinin təklifini qəbul edərək Antalyada diplomatik forumda iştirak etdim və forum çərçivəsində onunla görüşdüm”, – deyə Mirzoyan əlavə edib.

Xatırladaq ki, Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyan iyulun 1-də Vyanada görüşüblər.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*