Ermənistan Zod mədənini bağlayır.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məlumatda bildirilir ki, Vardenisdəki (Basarkeçər – red.) Sotk (Zod – red.) mədəninin işçiləri bir həftəyə yaxındır işə çıxmır.
“Qubernator 2 gün əvvəl əksəriyyəti şaxtada işləyən Sotk sakinləri ilə görüşüb və mədənin bağlanacağı barədə məlumat verib.
Bunu hələ rəsmi şəkildə elan etmirlər. Çünki ruslar azərbaycanlılarla danışıqların müsbət nəticə verəcəyinə, mədənin fəaliyyətinin davam edəcəyinə ümid edirlər.
Ancaq öyrəndik ki, işçilərə ötən ilin sonunda xəbərdarlıq edilib ki, mədən işləməyə bilər. Çünki Ermənistan ərazisində ehtiyatlar tükənib. Onlara Azərbaycan ərazisindən faydalı qazıntılar çıxarmağa icazə verilmir.
Məsələ burasındadır ki, 44 günlük müharibə nəticəsində Sotk mədəninin 70 faizi Azərbaycanın nəzarətinə keçib. Martın sonunda isə mədənin işçilərinə məlumat verildi ki, işdən azad olunmaq üçün əvvəlcə pensiyaçılar, payızda isə digərləri də ərizə yazmalıdırlar”, – deyə media yazıb.
Xuraman Etibarlı,
KONKRET.az
