Türkiyənin Ağrı şəhərinin bələdiyyəsi Azərbaycana dəstək üçün möhtəşəm addım atmağa hazırlaşır.
Belə ki, Ağrı dağının Ermənistandan görünən zirvəsi Azərbaycan-Türkiyə bayraqları ilə işıqlandırılacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Ağrının bələdiyyə sədri Savcı Sayan məlumat verib.
O, instaqramda fotoşopla hazırlanan fotonu paylaşaraq tezliklə görüntünün real olacağını qeyd edib:
“Ağrı bələdiyyəsi olaraq sürətli bir iş görürük. Tezliklə Ağrı dağının Ermənistana baxan tərəfindən bu görüntünü görəcəksiz. Ümid edirəm ki, cəbhədəki Ermənistana “stimul” olar”.


