Ermənistanda avtomobillərlə bağlı maraqlı dələduzluq sxemi üzə çıxdıbackend

Ermənistanda avtomobillərlə bağlı maraqlı dələduzluq sxemi üzə çıxdı

2018–2020-ci illərdə Ermənistanda avtomobil alaraq onları Qazaxıstana aparmış şəxslərin adından 2023–2025-ci illərdə müxtəlif vaxtlarda Ermənistan Daxili İşlər Nazirliyinin qeydiyyat-imtahan bölmələrinə saxta ərizələr təqdim edilib. Ərizələrdə avtomobillərin dövlət qeydiyyat nişanlarının və qeydiyyat şəhadətnamələrinin itirildiyi bildirilib və nəticədə yeni nömrə nişanları və qeydiyyat şəhadətnamələri əldə olunub.

KONKRET.az xəbər verir ki, bundan sonra cinayətkar qrup Gürcüstanda həmin qeydiyyat şəhadətnamələrində göstərilən marka, buraxılış ili və rəngə uyğun avtomobillər alıb.

Daha sonra Gürcüstan-Ermənistan və Gürcüstan-Rusiya dövlət sərhədlərinin neytral ərazilərində həmin avtomobillərin identifikasiya nömrələri, yəni VIN-kodları silinib. Onların yerinə isə əldə etdikləri saxta identifikasiya və qeydiyyat nömrələri vurulub.

Bundan sonra avtomobillərlə Gürcüstan-Ermənistan dövlət sərhədindən keçərək Ermənistana guya 2018–2020-ci illərdə Qazaxıstan vətəndaşları tərəfindən alınaraq ölkədən çıxarılmış avtomobillərin geri qayıtdığı görüntüsü yaradılıb.

Nəticədə cinayətkarlar başqa avtomobilləri saxta sənədlərlə əvvəllər Qazaxıstana ixrac edilmiş nəqliyyat vasitələri kimi rəsmiləşdirməyə çalışıblar.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*