backend

Ermənistanda elə bir nəticə baş verdi ki... - ŞƏRH

Paşinyan ilk turda qalib gəldi. Etiraf etmək lazımdır ki, belə bir nəticə gözlənilmirdi və proqnozlarda faiz dərəcələri çox aşağı idi.

Bəs seçkilərin nəticələri hansı qənaəti ortaya qoydu?

Birincisi, seçkilərdə Moskvanın dəstəyi faktoru mühüm rol oynamadı. Buna görə də, belə qərara gəlirik ki, Bakının İrəvana münasibətdə hakim mövqeyi erməni əhalisi üçün milli qürur kimi bəzi mücərrəd, qeyri-maddi amillərdən daha vacibdir. Deməli, erməni əhalisi də regionda sülh istəyir və bütün çabaları da buna görədir. Zəngəzurun ermənilər yaşayan hissəsində səsvermənin nəticələri bu baxımdan mühüm göstəricidir. Sünik əhalisi Paşinyana səs verməklə Koçaryan və Sarkisyan simasına dağıdıcı şəkildə zərbə vurdu.

İkincisi, Ermənistan Qərbə doğru hərəkət edəcək. Paşinyan bunu heç vaxt gizlətməyib, buna görə də böyük ehtimalla 4,5 ildən sonra Rusiya sülhməramlıları Qarabağdan geri çəkiləcək. Ermənistan isə Gürcüstanın taleyini təkrarlayacaq. Əlbəttə, hər şey ola bilər, amma ermənilər buna səs verdilər və buna görə də heç kim günahlandırılmamalıdır.

Üçüncüsü, Zəngəzur dəhlizi böyük ehtimalla xarici ərazi olacaq və Ermənistanın yeni sərhədi Bakının GPS-in göstərdiyi yerdən keçəcəkdir. Ermənilər sərhəd məsələlərində Azərbaycanla yeni problemin yaranmasında maraqlı deyil və seçkilərin nəticələri də bunu sübut etdi.

Bundan sonra Zaqafqaziya bölgəsində nə olacaq? Əvvəla, indi regionda həqiqi bir hegemon var və bu da Azərbaycandır. Bütün digər ölkələr (Gürcüstan və Ermənistan) bundan sonra öz kanalında üzəcək. Əsas tərəf olan Türkiyə, nəhayət, bölgəni özü üçün yenidən formatlaşdırdı. Bu vəziyyətdə Rusiya nə edəcək? Çox güman ki, Moskvada heç kim belə bir nəticə gözləmirdi. Ona görə də Rusiya yeni metodları işə sala bilər. Bu manevrlər imperializm ənənələrinə soykənəcək. Yəni yeni dediyimiz metodlar əslində qıcıqlandırıcı tərzin başqa şəkilə salınmış formasıdır. Amma unutmaq olmaz ki, regionda rus gücünə qarşı Türkiyə tək deyil. Onun yanında Azərbaycan, arxasında isə dünyanı sürətlə dəyişdirən Qərb durur.

Deməli, ruslar balıq kimi yalnız çabalayacaq və can verməmək üçün son cəhdlərini edəcək. Nəticəni isə zaman göstərəcək.

Natiq Səlim, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*