İki mindən çox iş adamı vergi artımına qarşı Ermənistan Nazirlər Kabinetində etiraz aksiyası keçirib.
KONKRET.az xəbər verir ki, etirazçılar məmurların onların sözlərini eşitmədiklərindən şikayətlənirlər. Aksiyadan sonra onlar hökumətə yazılı təkliflərini veriblər.
Kiçik və Orta Biznesin Əməkdaşlıq Assosiasiyasının rəhbəri Akop Avakyan jurnalistlərə bildirib ki, narazılıq dalğasına getdikcə daha da çox adam qoşulur.
Onun sözlərinə görə, hakimiyyət ərazilərin inkişafına, sosial məsələlərə, yoxsulluğun azaldılmasına əhəmiyyət vermədən yalnız vergi yığımının artırılması ilə məşğul olur.
Aynurə İsmayıl
KONKRET.az