ABŞ prezidenti Donald Tramp üçüncü mümkün sui-qəsd fonunda gülləkeçirməz jilet geyinməsi ilə bağlı zarafat edib.
KONKRET.az xəbər verir ki, o, Ağ evdə jurnalistlərə bildirib ki, belə jilet onu təxminən 9 kilo daha ağır göstərə bilər və buna öyrəşmək çox çətindir.
Tramp əlavə edib ki, bu məsələ üzərində düşünmək olar, lakin o, “həddindən artıq qorunma” ideyasını dəstəkləmir.
Yeni hücum ehtimalından narahat olub-olmadığı sualına cavabında isə o, bu barədə düşünməməyə çalışdığını vurğulayıb:
“Əgər bunu düşünsəm, effektiv ola bilmərəm”, – Tramp deyib.
Müşviq Tofiqoğlu
KONKRET.az
