Ermənistanın keçmiş deputatı Martun Qriqoryan saxlanılaraq Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın bəzi KİV-ləri məlumat yayıb. Məlumatı Korrupsiyaya Qarşı Mübarizə Komitəsi də təsdiqləyib.
Qeyd olunur ki, parlamentə keçiriləcək seçkilərdə “Çiçəklənən Ermənistan” partiyasından deputatlığa namizəd olan Martun Qriqoryan seçki cinayəti işi üzrə təqsirləndirilir.
Komitənin məlumatına görə, Qriqoryan barəsində cinayət təqibi çərçivəsində qətimkan tədbirinin seçilməsi məqsədilə məhkəmə qarşısına çıxarılması üçün saxlanılıb.
Natiq Səlim,
KONKRET.az
