Ermənistanda koronavirusa yoluxma sayı 124 minə yaxınlaşırbackend

Ermənistanda koronavirusa yoluxma sayı 124 minə yaxınlaşır

Ermənistanda daha 1 667 nəfərdə koronavirus aşkarlanıb.

KONKRET.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 123 646-ya yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 30 nəfər artaraq 1 900-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 488-ə yüksəlib.

İndiyədək 90 754 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 30 504 aktiv koronavirus xəstəsi var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*