backend

Ermənistanda növbəti təşviş - Qazaxın 7 kəndi ilə bağlı müzakirələrə rəsmilər reaksiya verdi

Ermənistanda yenə də təşviş yaşanır, bu dəfə Qazax rayonu istiqamətindən aparılan delimitasiya və demarkasiya prosesin ilə bağlı. Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan iddia edib ki, Azərbaycan hərbçiləri Tavuş vilayətinin Azatamut kəndi yaxınlığında ərazilərin dəqiqləşdirilməsi işlərini aparırlar. O, işlərin Azərbaycana məxsus esklav ərazi olan Barxudarlı kəndi istiqamətin də aparıldığını bildirib. Sabiq baş nazir bildirib ki, bir çox erməniyə evlərinin və tövlələrinin “çayın bu tərəfində” olmayacağı barədə xəbərdarlıq da edilib.

Bu məlumat isə Azərbaycanın Qazax rayonunun 30 ilə yaxındır işğal altında olan 7 kəndinin (Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli) də yaxın günlərdə azad olunacağı barədə geniş müzakirələrə səbəb olub. Ardınca Gədəbəyin vaxtilə Ermənistana verilmiş ərazisi Başkənd söhbəti yenidən gündəmə gətirilib. Azərbaycan ərazisində dövlət qurmuş, üstəlik, Qarabağın işğalı nəticəsində dövlətimizə yüz milyardlarla zərər vurmuş ermənilər isə sərsəmcəsinə iddia edirlər ki, Qazağın 7 kəndi müzakirə mövzusu olursa, o halda Başkənd onlara qaytarılmalıdır.

Ermənistanın Müdafiə Nazirliyi isə bu barədə iddiaları təkzib edib. Nazirlik bildirib ki, sosial şəbəkələrdə və mətbuatda Tavuş vilayətinin bir neçə kəndlərinin ərazisində “500-ə yaxın Rusiya Federasiyası sülhməramlısının və azərbaycanlıların artıq iki gündür sərhəd boyunca ölçmə işləri apardığı” məlumat yayılıb. Ermənistan MN bildirib ki, bu, tamamilə həqiqətdən uzaq məlumatdır və doğru deyil.

Ermənilərin təşvişdə olması Tavuş vilayətinin qubernatoru Ayk Çobanyanı da təkzib verməyə vadar edib. O, sərhədboyu ərazilərdə yaşayan əhalini narahat edən bu kimi məlumatları yayanları cinayətkarlar və əxlaqsızlar adlandırıb. Azamut icmasının rəhbəri Artur Beqinyan isə deyib ki, yerli əhali ancaq Rusiya hərbçilərini görüb. Ancaq o, ərazidə hər hansı əraziölçmə işlərinin aparılmadığını deyib.

Eyni gündə ermənilər sosial şəbəkələrdə və yerli mətbuatda Zəngəzurdakı Azərbaycan hərbçilərilə bağlı videokadrları da müzakirəyə çıxarıblar. Onlar bir qrup azərbaycanlı hərbçinin Qafan istiqamətində hərəkət etməsindən bəhs edən kadrlardan həyacanlanıblar və Nikol Paşinyanı sərt tənqid ediblər. Ancaq rəsmi açıqlamada bildirilib ki, bu kadrlar azərbaycanlı hərbçilərin Rusiya sülhməramlıların müşayiətilə ərazidən keçdiyi zaman çəkilib.

Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*