Ermənistanda baş nazir Nikol Paşinyanı tənqid edən “yerevan.today” saytının rus versiyası (https://ru.yerevan.today) dayandırılıb. Səbəb kimi domenin yerləşdiyi hostinqin pulunun ödənilməməsi göstərilir.
KONKRET.az xatırladır ki, sayt “Media Plus” MMC-yə məxsusdur və son dövrlər, xüsusilə sabiq prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Hayastan” fraksiyası parlamentdə mandat qazandıqdan sonra onun fəaliyyətini geniş işıqlandırıb və iqtidarı (Paşinyan hakimiyyəti) sərt tənqid edib.
Qeyd edək ki, saytın erməni dilində olan versiyası (https://yerevan.today) çalışır. Rəsmi İrəvan hələlik olayla bağlı açıqlama verməyib.
Roman Göytürk,
KONKRET.az
