Ermənistanda rabitə problemləri – İnternet yoxdurbackend

Ermənistanda rabitə problemləri - İnternet yoxdur

Ermənistanda rabitə problemləri yaranıb, internet kəsilib.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, Ermənistanda Beeline şirkətinin abunəçiləri hazırda internetə qoşulmada problem yaşayırlar. Problem  Gürcüstanla sərhəddən gələn əsas internet kabellərinin zədələnməsi ilə bağlıdır, Ermənistan internetin əhəmiyyətli hissəsini buradan alır.

“Erməni İnternet İcması” TİM-nin vitse-prezidenti Qriqor Saqiyan SputnikArmeniyaya bildirib ki, problem hazırda Gürcüstandakı tərəfdaşlar tərəfindən həll edilir və problemləri tez bir zamanda aradan qaldırmağa çalışırlar.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*