“Ermənistanda sosial partlayış an məsələsidir” – AÇIQLAMAbackend

"Ermənistanda sosial partlayış an məsələsidir" - AÇIQLAMA

“Müharibə bitəndən sonra Ermənistanın gözlədiyi fəlakət indidən görünür və bu fəlakətin daha da dərinləşdiyini söyləmək mümkündür”.

Bunu KONKRET.az-a danışan deputat Azər Badamov bildirib.

Deputat qeyd edib ki, Ermənistanın dövlət büdcəsi 2,5 milyard dollardan bir az artıq olduğu halda xarici dövlət borcu 8 milyard dollardan artıqdır: “Ermənistanın açıqlamasında qeyd olunur ki, müharibənin hər bir günü bu ölkəyə 30 milyon dollara başa gəlir. Əgər biz bu gün döyüş əməliyyatlarının 41-ci günü olduğunu nəzərə alaraq  müharibənin bu günə Ermənistanın dövlət büdcəsinə vurduğu zərərini 1milyard 230 milyon dollar olduğunu hesablamaq heç də çətin deyil. Bu da demək olar ki, Ermənistanın dövlət büdcəsinin yarısı deməkdir. Dövlət büdcəsinin gəlirlərinə diqqət yetirsək, Ermənistanda cari ilin 6 ayında vergilərin yığılmasında 50%-ə qədər azalma müşahidə ediləcəkdir”.

Deputat vurğulayıb ki, davam edən müharibə Ermənistanda sahibkarlıq mühitini iflic vəziyyətə gətirib: “Sentyabrın 27-dən bu günə qədər Azərbaycan Ordusunun məhv etdiyi hərbi texnikaların dəyəri 3 milyard dolları keçib.  Bütün bunları nəzərə alaraq Ermənistanın iqtisadiyyatı müharibədən sonra defolt vəziyyətə gələcəyi haqqında fikir yürütmək mümkündür. Bu da  ölkədə sosial partlayışa gətirib çıxaracaqdır. İqtisadi sahədəki itkilər, döyüş meydanındakı məğlubiyyət Ermənistanın siyasi meydanında çalxalanmanı dərinləşdirəcək. Artıq indidən Paşinyan hakimiyyətinə qarşı narazılıq dalğası genişlənməkdədir. Həm də Paşinyandan narazı köhnə hakimiyyət qvardiyası indi hökumətə qarşı revanş götürmək planları üzərində işləyirlər. Bu da yaxın gələcəkdə Paşinyan hakimiyyətinin sonu deməkdir”.

Deputat müharibə bitəndən sonra da Ermənistanın blokadasının müəyyən müddətə davam edəcəyini də söyləyib: “Çünkü ermənilər öz xain niyyətlərinin həyata keçirilməsini dərhal dayandırmayacaqlar. Təbii ki, bu da ölkənin iqtisadi blokadasının davamına gətirib çaxaracaq. Nəticədə isə Paşinyandan sonra hakimiyyətə gələcək qüvvələr də uzun müddət iqtisadi böhranın burulğanında boğulmağa davam edəcəkdir. İqtisadi və sosial vəziyyətin ölkədə kəskin pisləşməsinin davamı Ermənistanda əhalinin ölkədən qaçma prosesini daha da genişləndirəcəkdir. Ermənistanda insanlar bir qarın yemək uğrunda mübarizəyə başlayacaqlar ki, bu da uzun illər müharibənin iqtisadi və siyasi məkanına vurduğu zərbələrdən sağalmasına imkan verməyəcəkdir”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*