Ermənistanda Vardanyana qarşı genişmiqyaslı PROSESLƏRƏ BAŞLANILDIbackend

Ermənistanda Vardanyana qarşı genişmiqyaslı PROSESLƏRƏ BAŞLANILDI

Ermənistanda Azərbaycanın düşməni Ruben Vardanyana qarşı bir neçə müxalifət qrupları yaradılıb.

KONKRET.az xəbər verir ki, bu barədə erməni nəşri məlumat yayıb. Bildirilir ki, Qarabağdakı qondarma qurumun “dövlət naziri” Ruben Vardanyana qarşı bir neçə müxalifət fraksiyaları yaradılıb.

Nəşrin mənbəsi bildirir ki, onların müxtəlif motivləri var. Onun bir hissəsi Ermənistan səlahiyyətliləri tərəfindən idarə olunur və o da maliyyələşdirilir.

“Ermənistan hakimiyyəti Vardanyanın güman edilən qələbəsinin qarşısını almağa çalışır. Ona görə də Nikol Paşinyanın hakimiyyətini təhdid edən Vardanyanın qəfildən Qarabağdan İrəvana köçməsinin qarşısını almaq üçün hər şeyi edəcəklər. Vardanyan da Qarabağla bağlı fərqli mövqeyi ilə Paşinyan-Əliyev razılaşmalarına müdaxilə edir. Narazı olanların bir qrupu dövlət aparatının keçmiş nümayəndələridir və təkcə bu deyil.

Bizə dedilər ki, Ruben Vardanyan hamının “işlərinin” öyrənilməsini tapşırıb. Və onların dediyinə görə, hər an cinayət işlərinə əsas ola biləcək kifayət qədər fakt aşkarlanıb. Vardanyana etiraz edənlərin digər qrupu isə müxtəlif korporativ və QHT təşkilatları, dövlət büdcəsindən qidalananlar, Vardanyanın gəlişindən sonra işdən və gəlirdən məhrum olanlardır”, – deyə mənbə bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*