Ermənistanda yeni narazılıq – təhsil haqları qaldırılırbackend

Ermənistanda yeni narazılıq – təhsil haqları qaldırılır

İrəvan Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Qeqam Qevorqyan jurnalistlərə bildirib ki, professorun aldığı maaş onun ixtisasına və işinə bərabər deyil. KONKRET.az xəbər verir ki, rektor əvəzi qeyd edib ki, “Maaş əsasən təhsil haqqından gələ bilər. Təhsil haqqını qaldırmamaqla maaş artırmaq barədə danışmaq real deyil”. Qevorqyan deyib ki, universitet yaxın gələcəkdə təhsil haqqı məsələsinə yenidən baxacaq.

“Təhsil haqları peşələrdən asılı olaraq orta hesabla 15 faiz artacaq. Bu, maaşlarımızı 10 faiz artırmağa imkan verəcək. Çünki birinci kurs tələbələri üçün 15 faiz daha çox ödəyəcəyik”, – deyə rektor əvəzi bildirib. Onun sözlərinə görə, dərsləri optimallaşdırmaq, innovativ metodları öyrətmək üçün müəllimlərə stimul vermək lazımdır. Bu yolları təşviq etmək və ən yaxşı müəllim mükafatı təsis etmək planlaşdırılır.

Xatırladaq ki, İrəvan Slavyan Universitetinin erməni filologiyası fakültəsinin tələbələri “Erməni dili”, “Erməni tarixi” və “Erməni ədəbiyyatı” fənlərinin məcburi olması barədə qanun layihəsi hazırlandığına görə bu gün tətilə çıxıb. Bəzi müəllimlər də onlara qoşulub.

Yeri gəlmişkən, Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi Ali Təhsil və Elm haqqında yeni qanun layihəsi hazırlayıb. Qanun layihəsinə görə, “erməni dili”, “erməni ədəbiyyatı” və “erməni tarixi” fənləri ali təhsil müəssisələrində məcburi tədris edilməyəcək.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*