Ermənistandan KTMT-nin iclasında sülhməramlılarla bağlı TƏLƏBbackend

Ermənistandan KTMT-nin iclasında sülhməramlılarla bağlı TƏLƏB

Ermənistan Rusiyanın Dağlıq Qarabağda yerləşdirdiyi sülhməramlı missiyanın mandatının uzunmüddətli olmasını istəyir.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının Baş katibi Armen Qriqoryan Düşənbə şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında söyləyib.

“Hesab edirik ki, indiki məqamda rusiyalı sülhməramlıların Dağlıq Qarabağda uzunmüddətli əsasda yerləşməsini təmin etməliyik. Onların mövcudluğu regionda sülhə və erməni əhalisinin təhlükəsizliyinə xidmət edəcək”- deyə Qriqoryan söyləyib./modern/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*