Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının sədri Sarkis Xandanyan Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzinin İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilə biləcəyi ilə bağlı açıqlamasına münasibət bildirib.
KONKRET.az xəbər verir ki, Xandanyan jurnalistlərə açıqlamasında Ermənistanın mövqeyində heç bir dəyişiklik olmadığını və İrəvanın KTMT-də iştirakını dondurduğunu deyib.
“Biz vəziyyətin inkişafını izləyəcəyik və KTMT-dəki tərəfdaşlarımızın qərarını nəzərə alacağıq. Düşünmürəm ki, bizi təşkilatda iştirakımızı aktivləşdirməyə məcbur edəcək hər hansı səbəb və ya şərait var”, – Xandanyan bildirib.
Onun sözlərinə görə, KTMT 2022–2023-cü illərdə Azərbaycanın hərbi əməliyyatlarını (?) indiyədək pisləməyib. Xandanyanın mövqeyi əvvəlki açıqlamalarında da Ermənistanın KTMT-də iştirakının dondurulduğu və təşkilatın ölkənin təhlükəsizlik məsələlərində fəaliyyətsizlik göstərdiyi fikri ilə üst-üstə düşür.
Xatırladaq ki, Azərbaycan Ermənistan ordusuna qarşı hərbi əməliyyatları öz ərazisində aparıb və işğalçıları öz torpağından çıxarıb, dövlət sərhədinin toxunulmazlığını tamamilə bərpa edib. Xandanyanın iddiasına görə, rəsmi Bakı Ermənistan ərasizində müharibə aparsaydı, onların da şəhərləri Bərdə, Göranboy, Gəncə, Mingəçevir və digər yaşayış məntəqələrimiz kimi bombalanardı. Azərbaycan heç vaxt dinc sakinləri və dinc şəhərləri hədəfə almayıb.
Onsuz da Ermənistanda sön dövrlər separatçı meyllər çoxalıb və yenidən Qarabağı işğal edəcəklərini bəyan edirlər. O zaman isə nəyin və necə baş verəcəyini təkcə İrəvanda deyil, onlara havadarlıq edən ünsürlər də çox yaxşı anlayırlar.
Azərbaycan nə indi, nə sabah, nə də gələcəkdə heç bir qarış torpağını heç kəsə verməyəcək, əksinə ermənilərin separatçılıq fəaliyyətləri hücumla nəticələnərsə, Bakı Ermənistana Sovetlər tərəfindən pay verilən ərazilərini geri qaytaracaq.
Natiq Səlim,
KONKRET.az
