Ermənistandan Rusiyaya gedən yol bağlandıbackend

Ermənistandan Rusiyaya gedən yol bağlandı

Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yolu bağlanıb.

KONKRET.az xəbər verir ki, Gürcüstanda qar uçqunları ilə əlaqədar Yuxarı Lars yolu bütün nəqliyyat növləri üçün bağlanıb. Terek çayında suyun səviyyəsinin qalxdığı, Gürcüstanla Rusiya arasında fəaliyyət göstərən yeganə quru gömrük-keçid məntəqəsinin bütün əməkdaşlarının təxliyə edildiyi bildirilir.

Milli Ətraf Mühit Agentliyinin əməkdaşları və geoloqlar Sərhəd Polisinin helikopterində uçublar. Qveleti yaxınlığındakı yol da bağlıdır. Hər iki istiqamətdə avtomobillərin hərəkətinin məhdudlaşdırıldığı bildirilir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*