“Ermənistanın artıq Qarabağın təhlükəsizliyini təmin etmək imkanı yoxdur” – Ağacanyanbackend

"Ermənistanın artıq Qarabağın təhlükəsizliyini təmin etmək imkanı yoxdur" - Ağacanyan

Ermənistanın artıq Qarabağın təhlükəsizliyini təmin etmək imkanı yoxdur.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın Milli Xarici Əlaqələr Daimi Komitəsinin sədri Eduard Ağacanyan Faktor TV-yə müsahibəsində bildirib.

O bildirib ki, 44 günlük müharibənin nəticələrinə görə Ermənistanın artıq Qarabağ xalqının hüquq və azadlıqlarını təmin etmək imkanı və resursları yoxdur.

Ağacanyan Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyevin Praqada razılaşdırdıqları məqamları ciddi irəliləyiş hesab edir.

Hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat ərazi bütövlüyünün tanınmasını başlayan danışıqlar prosesi üçün ən vacib razılaşma hesab edir.

“Mən bu tanınmanın əhəmiyyətini xüsusilə vurğulamaq istəyirəm. Bu mühüm və əsas məqam olmadan sülh müqaviləsi ətrafında hər hansı mənalı müzakirə mümkün olmazdı. Bu, prosesin başlanğıcını göstərir və yaxşı xəbərdir”, – deyə Ağacanyan bildirib.

Onun sözlərinə görə, təəssüf ki, 44 günlük müharibənin nəticələrinə görə Ermənistanın artıq Qarabağ əhalisinin hüquq və azadlıqlarını, o cümlədən təhlükəsizliyi təmin etmək imkanı və resursları yoxdur.

“Noyabrın 9-da üçtərəfli bəyanatın ən mühüm məqamı Rusiya sülhməramlı missiyasının Qarabağdan olan soydaşlarımızın yaşamağa davam etdiyi ərazidə fəaliyyətinin genişləndirilməsidir. Biz Qarabağdakı soydaşlarımızın üzləşdiyi taleyüklü, ekzistensial problemləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün əlimizdən gələni əsirgəmirik”, – deyə deputat bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*