backend

Ermənistanın baş qərargah rəisi 3 partiyanın sədri ilə görüşdü: "Biz yenə döyüşəcəyik"

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Onik Qasparyan “Çiçəklənən Ermənistan”, “Daşnaksütyun” və “Vətən” partiyalarının liderləri – Qaqik Çarukyan, İşxan Saqatelyan və Artur Vanetsyan ilə görüşüb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.

İclas zamanı ölkədəki vəziyyət müzakirə edilib. İştirakçılar ölkədə sabitliyin qorunub saxlanılmasının vacibliyini vurğulayıblar.

“Xalqı sakit olmağa çağırırıq, biz yenə döyüşəcəyik. Siyasi partiyalar Ermənistanın silahlı qüvvələrinə, qondarma “Qarabağ ordusuna” qeyd-şərtsiz dəstək verəcəklərini ifadə ediblər”. Partiyaların bəyanatında deyilir.

Siyasətçilər vəziyyəti həmkarları ilə müzakirə edəcəklərini bildiriblər.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya və Azərbaycan prezidentləri ilə gecə saat 01: 00-da Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması barədə bəyanatı imzaladığını bildirmişdi.

“Özüm üçün və hamımız üçün son dərəcə çətin bir qərar verdim. Yayımlanan bəyanatın mətni sözlə deyiləcək dərəcədə ağrılıdır” deyib.

Ermənistan vətəndaşları Baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağdakı müharibəni dayandırmaq və əraziləri təslim etmək barədə bəyanatına tez reaksiya göstəriblər. Etiraz mitinqi hökumətin binasının yaxınlığında baş verib, etirazçılar binaya daxil olublar, Paşinyanın ofisini dağıdıblar və dövlət rəmzlərini götürüblər. Sonra Parlamentin sədri Ararat Mirzoyanı döyüblər və qanunverici orqanın binasına tərəf gediblər.

Babək Göyüş                                                                           

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*