“Ermənistanın Gəncəyə raket hücumu bu uşaqların hər iki valideyninin həyatına son qoydu” – FOTObackend

"Ermənistanın Gəncəyə raket hücumu bu uşaqların hər iki valideyninin həyatına son qoydu" - FOTO

Ermənistan bəşəriyyətə qarşı cinayətlərə görə tam məsuliyyət daşıyır.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva özünün “Twitter” hesabında Gəncə terrorunda həlak olanların dəfni ilə əlaqədar paylaşımında bildirib.

XİN sözçüsü şərhinə valideynlərini son mənzilə yola salan uşaqların da şəkillərini əlavə edib.

“Ermənistanın Gəncəyə dağıdıcı raket zərbəsi doqquz azərbaycanlının, o cümlədən bu uşaqların hər iki valideyninin həyatına son qoydu. Ermənistan bu bəşəriyyətə qarşı cinayətlərə görə tam məsuliyyət daşıyır”, – deyə L.Abdullayeva vurğulayıb.

https://twitter.com/LAbdullayevaMFA/status/1315647273959817224/photo/1

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*