“Ermənistanın işdən çıxarılan müdafiə nazirləri Rusiyaya sığınıblar” – “Joxovurd”backend

"Ermənistanın işdən çıxarılan müdafiə nazirləri Rusiyaya sığınıblar" - “Joxovurd

“İşdən çıxarılandan sonra müdafiə nazirləri Rusiyada sığınacaq tapıblar”.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazır. Qəzet yazır ki, Ermənistanın keçmiş müdafiə nazirləri ilə bağlı əlamətdar vəziyyət yaranıb.

“Fakt budur ki, maraqlı təsadüf nəticəsində işdən çıxarılandan sonra bütün nazirlər Rusiya Federasiyasının paytaxtında “təcrid olunub”.
Məsələn, keçmiş müdafiə naziri Mikael Arutyunyan Rusiya Federasiyasının vətəndaşı olduğu üzə çıxandan sonra kifayət qədər uzun müddət Rusiyada yaşayıb. David Tonoyan MTX-nin təcridxanasındadır, əks halda o da Moskvaya gedəcəkdi.

“Joxovurd” qəzetinə məlum olub ki, Mikael Arutyunyanın timsalında onun işdən çıxarılmasından sonra keçmiş müdafiə naziri Arşak Karapetyan da Moskvaya gedib.
Müdafiə Nazirliyində yayılan söz-söhbətlərə görə, o, ora qısa müddətə gedib. Amma fakt budur ki, azadlığa çıxandan sonra Rusiya paytaxtına gedib və indi də oradadır.
Amma digər müdafiə naziri Vaqarşak Arutyunyan tamam başqa statusda Moskvadadır: yanvarın 5-dən o, Ermənistanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib (iqamətgahı Moskvada). Məlum olub ki, müdafiə nazirləri işdən çıxarıldıqdan sonra Rusiyada sığınacaq tapıblar”, – qəzet yazır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*