Ermənistanın sabiq baş naziri Ovik Abramyanın oğlu Arqam Abramyan məhkəmənin onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçməsindən sonra “Yerevan-Kentron” cəzaçəkmə müəssisəsinə köçürülüb.
KONKRET.az xəbər verir ki, “Joxovurd” qəzetinin mənbələrə istinadən yaydığı məlumata görə, sözügedən müəssisə daha çox Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq təcridxanası kimi tanınır.
Nəşrin məlumatına görə, “Yerevan-Kentron”da Abramyanın qayınatası, “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Çarukyan da həbsdə saxlanılır.
Rəsmiyyə Şərifova,
KONKRET.az
