Ermənilər Tərtərin Səhləbad kəndinə fosforlu mərmi atıb.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməliyyat meneceri Mədət Məmmədov məlumat verib.
Onun sözlərinə görə, aşkarlanmış partlamamış mərminin daşınması mümkün olmadığı üçün yerində zərərsizləşdiriləcək.

