Ermənistanın törətdiyi Bərdə terrorunda yaralananlardan daha biri həlak oldu – RƏSMİbackend

Ermənistanın törətdiyi Bərdə terrorunda yaralananlardan daha biri həlak oldu - RƏSMİ

Xəbər verildiyi kimi, 27 sentyabr tarixindən bu günə kimi Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalinin ağır artileriyadan atəşə tutulması nəticəsində 405 mülki şəxs yaralanıb, onlardan 43 nəfər ağır vəziyyətdə reanimasiyada stasionar müalicə olunur.

KONKRET.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

Qeyd edilib ki, 28 oktyabr 2020-ci ildə Bərdə şəhərinin mərkəzi hissəsinin düşmən tərəfindən raket atəşinə tutulması nəticəsində ağır dərəcəli bədən xəsarətləri almış 1995-ci il təvəllüdlü Paşayev Niftalı Səlim oğlu göstərilmiş tibbi yardımlara baxmayaraq, bu gün stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*