Ermənistanın XİN başsız qaldı – Bütün müavinlər də istefa verdibackend

Ermənistanın XİN başsız qaldı - Bütün müavinlər də istefa verdi

Ermənistanın xarici işlər nazirinin bütün müavinləri istefa ərizələrini təqdim ediblər.

KONKRET.az bu barədə erməni mətbuatına istinadən xəbər verir. İstefalar haqqında Xarici İşlər Nazirliyinin Məlumat və İctimai Diplomatiya Departamentindən məlumat verilib.

Beləliklə, Ermənistan XİN-nin nə naziri, nə müavinləri, nə də mətbuat xidmətinin rəhbəri var.

Keçən həftə müvafiq ərizə ilə bildirişlər Baş nazir aparatına göndərildiyi qeyd olunur.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*