Əsədin “işgəncə maşını”nın başçısı qonşu ölkədə üzə çıxdı – BBC izinə düşdübackend

Əsədin “işgəncə maşını”nın başçısı qonşu ölkədə üzə çıxdı – BBC izinə düşdü

Bəşər Əsəd hakimiyyəti dövründə Suriyanın ən yüksək vəzifəli təhlükəsizlik rəsmilərindən biri olmuş Hüssam Lukanın Rusiyada gizləndiyi ehtimal edilir.

KONKRET.az xəbər verir ki, BBC-nin araşdırmasına görə, Suriya kəşfiyyatına rəhbərlik etmiş Luka 2024-cü ilin dekabrında Əsəd hakimiyyətinin devrilməsindən sonra yoxa çıxıb.

BBC jurnalistləri Hüssam Luka ilə Rusiyaya məxsus telefon nömrəsi vasitəsilə əlaqə yarada biliblər. Bundan başqa, Luka ilə əlaqələndirilən daha bir telefon nömrəsinin Moskva vilayətində olduğu müəyyən edilib.

Keçmiş kəşfiyyat rəhbəri jurnalistlərlə görüşməkdən imtina edib. Luka bunu öz təhlükəsizliyindən ehtiyat etməsi ilə əsaslandırıb.

BBC-nin mənbəsinin məlumatına görə, Luka Suriyadan qaçdıqdan sonra başqa adla verilmiş Rusiya pasportundan istifadə edərək Livana daxil olmuş ola bilər.

Suriya hakimiyyəti Hüssam Lukanı Əsəd dövründə törədildiyi bildirilən çoxsaylı ağır cinayətlərdə, o cümlədən qətllər və işgəncələrdə ittiham edir.

Luka Bəşər Əsəd hakimiyyəti illərində Suriyanın təhlükəsizlik aparatında bir sıra yüksək vəzifələr tutub. O, 2019-cu ildən Baş Təhlükəsizlik İdarəsinə rəhbərlik edib və Əsəd hakimiyyətinin əsas təhlükəsizlik fiqurlarından biri hesab olunub.

2024-cü ilin dekabrında Bəşər Əsəd hakimiyyətinin süqutundan sonra Əsəd özü də ailəsi ilə birlikdə Rusiyaya gedib. İndi isə onun təhlükəsizlik aparatının ən nüfuzlu simalarından biri olmuş Hüssam Lukanın da Rusiyada gizlənə biləcəyi bildirilir.\\musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*