Əsgər QHT işçisini öldürdü, BMT-yə məxsus helikopterin pilotunu yaraladıbackend

Əsgər QHT işçisini öldürdü, BMT-yə məxsus helikopterin pilotunu yaraladı

Nigeriya ordusunun əsgəri qeyri-hökumət təşkilatının (QHT) işçisini və bir əsgəri güllələyərək öldürüb, BMT-yə məxsus helikopterin pilotlarından birini isə yaralayıb.

KONKRET.az xəbər verir ki, bu barədə  “Agence FrancePresse” ordunun bəyanatına istinadən məlumat yayıb.

Bildirilib ki, əsgər humanitar yardım göstərən qeyri-hökumət təşkilatlarından birinin əməkdaşını güllələyib.

“Həmin şəxs daha bir əsgəri öldürüb və BMT-yə məxsus helikopterin ikinci pilotunu yaralayıb”, – məlumatda deyilir.

Zərərçəkənin vəziyyəti stabil qiymətləndirilir.

Hərbçilər əsgəri zərərsizləşdirib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*