Ətin qiyməti bahalaşacaq – SƏBƏB BUDURbackend

Ətin qiyməti bahalaşacaq - SƏBƏB BUDUR

Qurban bayramı yaxınlaşdıqca bazarlarda canlanma artır, xüsusilə ət məhsullarına tələbat nəzərəçarpacaq dərəcədə yüksəlir. Hər il olduğu kimi, bu dövrdə qiymətlərin dəyişəcəyi ilə bağlı gözləntilər də aktuallaşır və alıcıları düşündürən əsas məsələlərdən birinə çevrilir.

Bəs artan tələbat fonunda bu il ətin qiymətində bahalaşma olacaqmı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, ət bazarında qiymətlər artıq bir neçə ildir ardıcıl şəkildə yüksəlir.

Natiq Cəfərli bu dairədə imzatoplama kampaniyasına başlayıb | Modern.az

“Son dövrlərdə də ətin hər kiloqramında təxminən 1 manata yaxın artım müşahidə olunub.

Qurban bayramı zamanı tələbatın artması əvvəlki illərin təcrübəsinə əsasən qiymətlərin yüksəlməsinə səbəb olacaq. Çox güman ki, bayram ərəfəsində ətin qiymətində yenidən müəyyən dərəcədə, az da olsa artım görəcəyik. Bu, bazarda tələbin yüksəlməsi ilə birbaşa bağlıdır”.

Bununla belə, ekspert vurğulayır ki, qiymət artımının da müəyyən həddi var:

“Qiymətin öz maksimal səviyyəsi mövcuddur. Elə bir həddə çata bilər ki, alıcılıq qabiliyyəti aşağı düşsün. İnsanlar almayacaqsa, yüksək qiymətin heç bir əhəmiyyəti qalmır. Hesab edirəm ki, ət qiymətləri artıq maksimal səviyyəyə yaxınlaşıb. Bundan sonrakı ciddi bahalaşma satıcıların özlərinə də mənfi təsir göstərə bilər. Çünki alıcılıq qabiliyyətinin azalması satışların düşməsinə gətirib çıxaracaq”.

Beləliklə, bayram ərəfəsində bazarda müəyyən qiymət artımı ehtimal olunsa da, alıcılıq imkanları bu artımın əsas tənzimləyici amili kimi çıxış edəcək.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*