“Etirazçıların necə döyülməsinə baxan Nikolun ruhu sevinir” – Levon Koçaryanbackend

"Etirazçıların necə döyülməsinə baxan Nikolun ruhu sevinir" - Levon Koçaryan

“Görünür, etirazçıların necə döyülməsinə baxan Nikolun ruhu sevinir”. 

KONKRET.az xəbər verir ki, bunu aksiya zamanı Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan deyib.

Onun sözlərinə görə, polis məmurlarının artması və etirazçılara qarşı kobud güc tətbiqi etməsi birbaşa baş nazir kürsüsündə oturan adamın qorxusunun nəticəsidir.

“Bir vaxtlar o (Nikol Paşinyan) demişdi: polisdən dəyənəklər götürüləndə ruhum şad olur. İndi yəqin ki, polisin nümayişçiləri necə döydüyünü, onlara qarşı kobud güc tətbiq etdiyini, ayaqlarını sındırdığını görəndə onun ruhu sevinir”, – deyə Levon Koçaryan bildirib.

O, müxalifətin Bakı və Ankara ilə münasibətlərlə bağlı təklif etdiyi bu qondarma bəyanatdan da danışıb.

“İndiki hakimiyyətin məqsədləri ilə Türkiyə və Azərbaycanın məqsədləri üst-üstə düşür, biz buna qarşı mübarizə aparırıq, onlar isə bizim mübarizəmizi boğmağa çalışırlar. Bizim bütün milli maraqlarımızın bənd-bənd yazıldığı bu sənədi oxuyub ona qarşı çıxan bir ermənini təsəvvür etmək çətindir”.

Qeyd edək ki, müxalifət “erməni Arsaxı”nın mövcudluğu və Ermənistanın dövlətçiliyi üçün zəruri olan minimum tələbləri sənəd şəklində formalaşdırıb. İyunun 3-dək bütün siyasi qüvvələr və dövlət qurumları müxalifətin Bakı və Ankara ilə münasibətlərlə bağlı təklif etdiyi bu  bəyanata münasibət bildirməlidir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*