Feministlər metroda iğtişaş törətdi – VİDEObackend

Feministlər metroda iğtişaş törətdi - VİDEO

Feministlər cümə günü axşam Mexiko şəhərinin mərkəzindəki metro stansiyasında iğtişaşlar törədib və hakimiyyətdən onların müdafiəsinə Milli Qvardiyanın cəlb edilməməsini tələb ediblər. 

KONKRET.az xəbər verir ki, bu barədə “El Universal” qəzeti məlumat yayıb.

Bildirilib ki, fotoqrafların əhatəsində olan “Bellas Artes” stansiyasında maskalı aqressiv qızlar polisin müqaviməti ilə qarşılaşmadan kassaların pəncərələrini çəkiclə sındırıb, həmçinin turniketləri və oxuma cihazlarını zədələyiblər.

Ölənlər barədə rəsmi məlumat verilməyib.

Məlumata görə, Mexiko şəhər şurasının sədri Klaudiya Şeynbaum yanvarın 12-də bildirib ki, metronun mühafizəsinə 6 minə yaxın Milli Qvardiyanın əsgəri cəlb olunub.

Onun sözlərinə görə, bu qərar ictimai nəqliyyat sistemində baş verən hadisələrlə bağlıdır. Bunlardan ən sonuncusu isə yanvarın 7-də üçüncü xətt üzrə iki qatarın toqquşması olub. Qəza nəticəsində 1 nəfər ölüb, 106 nəfər yaralanıb. 2020-ci ilin mart ayında isə “Takubaya” stansiyasında iki qatar toqquşub, bir nəfər ölüb, 40-dan çox insan yaralanıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*