“Fənərbağça” Çempionlar Liqasında mübarizəni DAYANDIRDIbackend

"Fənərbağça" Çempionlar Liqasında mübarizəni DAYANDIRDI

Türkiyənin “Fənərbağça” klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizəni dayandırıb.

KONKRET.az xəbər verir ki, pley-off mərhələsinə gedən yolda Fransanın “Lill” kollektivi ilə qarşılaşan İstanbul komandası doğma meydanda 1:1 hesablı heç-heçəyə razılaşıb.

Səfərdə baş tutan matçda 1:2 hesabı ilə məğlub olan “sarı-lacıvərdlilər” qitənin ən nüfuzlu klub turniri ilə vidalaşıb.

Qeyd edək ki, Jose Mourinyonun rəhbərlik etdiyi “Fənərbağça” mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*