TƏCİLİ: Pensiyalar yenidən hesablana və bu şəxslərin təqaüdü artırıla bilərbackend

TƏCİLİ: Pensiyalar yenidən hesablana və bu şəxslərin təqaüdü artırıla bilər

Azərbaycanda işləyən pensiyaçıların təqaüdlərinin yenidən hesablanması ilə bağlı təklif müzakirələrə səbəb olub. Mütəxəssislər hesab edir ki, dəyişiklik qəbul olunarsa, bəzi sahələrdə çalışan pensiyaçıların gəlirlərində daha ciddi artım müşahidə ediləcək.

Bəs pensiyalarda ən çox artım hansı sahələrdə çalışan və yüksək rəsmi maaş alan şəxslərə təsir edəcək?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, yenidən hesablanma zamanı əsas rol sosial sığorta ödənişlərinin həcminə məxsus olacaq:

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli: “İdxalın bu qədər  artması xüsusən ciddi siqnaldır”

“Əgər işləyən pensiyaçıların pensiya kapitalının yenidən hesablanması ilə bağlı təklif qəbul olunarsa, artım əsasən yüksək rəsmi maaş alan şəxslərə təsir edəcək. Xüsusilə neft-qaz sektoru, bank-maliyyə sahəsi, dövlət idarəçiliyi, iri şirkətlərdə rəhbər vəzifələr, informasiya texnologiyaları, aviasiya və bəzi səhiyyə sahələrində çalışan pensiyaçıların artımdan daha çox faydalanacağı gözlənilir. Çünki bu sahələrdə əməkhaqları və sosial sığorta ödənişləri daha yüksək olur, nəticədə pensiya kapitalı da artır”.

İqtisadçının sözlərinə görə, aşağı əməkhaqqı alan və ya qeyri-rəsmi əmək münasibətlərində fəaliyyət göstərən pensiyaçılar üçün artım daha məhdud xarakter daşıyacaq.

“Sistemdə əsas meyar ödənilən sosial sığorta haqqıdır və bu göstərici nə qədər yüksəkdirsə, pensiya artımı da bir o qədər çox olacaq.

Belə bir dəyişiklik işləyən pensiyaçıların rəsmi əmək münasibətlərinə marağını da artıra bilər”.

Aynurə İsmayıl
KONKRET.az

  • Habil
    May 15, 2026 - 17:38

    habil qsimov

  • Aslan
    May 16, 2026 - 08:45

    Əmək pensiyasının yenidən hesablanması

  • Azer
    May 16, 2026 - 14:43

    Anormallıqdı bu. İşləyən onsuzda əlavə əmək haqqı alır. Əsas işləməyən təqaüdlərin təqaüdlərini artırmaq vacibdir.

  • Omer
    May 16, 2026 - 16:45

    Teklif neden ibaretdi.?yazmadiz axi

  • Naile
    May 17, 2026 - 13:54

    Salam pensiya yenidən hesablanan zaman sosial sığorta yığımı niyə 72 yox 144 bölünür.Belə bor qanun varmı ?

  • İrada
    May 21, 2026 - 11:54

    ЗДРАВСТВУЙТЕ А КОГДА ЧТО ТО РЕШИТСЯ С ТЕМИ ЛЮДЬМИ КОТОРЫХ СОКАР УВОЛИЛИ С РАБОТЫ ИТРИ? ЛЮДЯМ ДО ПЕНСИИ 7-8-9ЛЕТ ЕЩЕ КАК ТО НАДО ДОЖИВАТЬ. НА ШЕЕ ОСТАЛИСЬ КРЕДИТЫ. ЧЕМ ВЫПЛАЧИВАТЬ? И КТО В 57-58 ЛЕТ ВОЗЬМЕТ НА РАБОТУ? НИ КАКОГО ПОСОБИЯ У ЛЮДЕЙ НЕТ, ОСТАЛИСЬ БЕЗ СРЕДСТВ СУЩЕСТВОВАНИЯ!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*