“Fərq azalmağa doğru gedir” – TƏBİB RƏSMİSİbackend

"Fərq azalmağa doğru gedir" - TƏBİB RƏSMİSİ

“Yoluxma sayı ilə sağalanların sayı ilk dəfədir ki, eyniləşib”.

KONKRET.az xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Operativ qərargahın bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, biz bu gün sabitləşmə ilə üz-üzəyik:

“Sağalanlarla yoluxanlar arasında kəskin fərq azalmağa doğru gedir. Ehtiyatla da olsa deyə bilərəm ki, bəlli sabitləşməyə nail olmuşuq. Buna vətəndaşların qaydalara əməl etməsi nəticəsində nail olmuşuq. İnsanlar ciddi şəkildə qaydalara riayət edirlər”.

Qarayeva əlavə edib ki, son günlərdə xarici ölkələrdən Azərbaycana çox həkim gəlir: “Biz onlarla təcrübə mübadiləsi aparırıq. Həmin ölkələrin protokolların müzakirəsi vacibdir. Hər bir insanda bir yorulma, tükənməzlik yaranır. Bilirsiniz ki, həkimlər və tibb işçiləri arasında yoluxma var. Ona görə də xaricdən gələn işçi qruplar bizə dəstək olurlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*