Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda turist gəmisində yanğın baş verib.
KONKRET.az xəbər verir ki, hadisə Katrancı körfəzində yerli vaxtla saat 11:00 radələrində qeydə alınıb.
“Toys Boat” adlı gəminin mətbəx hissəsində naməlum səbəbdən başlayan yanğın qısa müddətdə bütün qayığa yayılıb.
Qayıqda olan, aralarında uşaqların da olduğu 115 sərnişin xilasedici jiletlərini geyinərək dənizə atılıb.
Ərazidəki digər dəniz nəqliyyat vasitələri sərnişinlərin xilas edilməsinə kömək edib.
Yanğın nəticəsində gəminin çox hissəsi yanıb və batmağa başlayıb. İlkin məlumata əsasən, hadisə zamanı ölən və xəsarət alan olmayıb.
