FHN Kəramət Böyükçölə məxsus 3 obyektin istismarına icazə verdi – Sahəsi 1 480 kv. metrdirbackend

FHN Kəramət Böyükçölə məxsus 3 obyektin istismarına icazə verdi – Sahəsi 1 480 kv. metrdir

Fövqəladə Hallar Nazirliyi (FHN) “Sumqayıt şəhəri, Qaya küçəsi, giriş 143” ünvanında inşa olunan qeyri-yaşayış binalarının istismarına icazə verib.

KONKRET.az xəbər verir ki, yeniavaz.com-un əldə etdiyi məlumata görə, 3 binadan ibarət olan qeyri-yaşayış obyektinin ən böyüyünün tikinti sahəsi 1 250 kvadratmetrdir.

Digər 2 obyekt isə 191 və 37 kvadratmetr tikinti sahəsinə sahibdir. Hər 3 obyekt 1 mərtəbədən ibarətdir.

Qeyd edək ki, FHN “Entre” MMC tərəfindən hazırlanan layihə əsasında tikilən binalara 22 iyun 2026-cı il tarixli, 13160 nömrəli istismara hazırlıq rəyi verib.

Məlumat üçün bildirək ki, obyektin sahibi məşhur yazıçı Kəramət Böyükçöldür (Nəcəfov Kəramət Qəşəm oğlu).

Məsələ ilə bağlı Kəramət Böyükçölə ünvanladığımız suala yazıçı belə cavab verib:

“Şərurlu İsfəndiyarın müsahibəsindən sonra gördüm ki, ölkədə çobanların işi yaxşı gedir. Həmin vaxt da qeyri-yaşayış obyektlərinin sənədləşdirilməsi ilə bağlı fərman çıxdı. Mən gedib torpağı sənədləşdirirəm ki, bankdan kredit götürüb özümə qoyun, quzu alım. Bir az çoban kimi fəaliyyət göstərəndən sonra başlayacam bina tikməyə. Belə”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*