FİFA Mahir Emreli ilə bağlı qərarını LƏĞV ETDİbackend

FİFA Mahir Emreli ilə bağlı qərarını LƏĞV ETDİ

“Dinamo”nun futbolçusu Mahir Emreli keçmiş klubu “Legiya”ya qarşı bütün maliyyə öhdəliklərini oyunçu ilə “Legiya” arasında qarşılıqlı razılaşma əsasında həll edib.

KONKRET.az xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin saytı məlumat yayıb.

Bildirilib ki, bu gün “Dinamo” FİFA-dan futbolçuya intizam işi bağlı qərarın ləğvi ilə bağlı məktub alıb və oyunçu bundan sonra “Dinamo”da oynamaq hüququ qazanıb.

Qeyd edək ki, FİFA millimizin üzvünün Polşa klubu qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün futbolla bağlı bütün fəaliyyətinə qadağa qoymuşdu. Qərara görə “Legiya”dan qalmaqallı şəkildə ayrılan Emreli Polşa klubuna 100 min avro ödəməli idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*