FIFA sosial şəbəkələrdə futbolçuları təhqirlərdən qoruyan xidməti işə saldıbackend

FIFA sosial şəbəkələrdə futbolçuları təhqirlərdən qoruyan xidməti işə saldı

FIFA 2022-ci il futbol üzrə dünya çempionatı zamanı kiberbullinqlə mübarizə üzrə xidmətini işə salır.

KONKRET.az xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino məlumat verib.

“FIFA oyunçuların öz bacarıqlarını ortaya qoya bilmələri üçün onlara ən yaxşı səviyyədə şərait yaratmağa çalışır.

2022-ci ildə Qətərdə futbol üzrə dünya çempionatında biz oyunçuları sosial şəbəkələrdə yazılan şərhlərin mənfi nəticələrindən qorumağa kömək edəcək müvafiq xidməti işə salacağıq”, – deyə Canni İnfantino bildirib.

Sosial şəbəkələrin dəstək xidməti oyunçuların matçlardan sonra müəyyən müddət ərzində təhqiredici mesajları görməsinin qarşısını alacaq.

FIFA bütün dünya çempionatı iştirakçılarının sosial media hesablarını təhqir və təhdidlər baxımından nəzarətdə saxlayacaq. Pozuntular olduğu halda bu barədə sosial şəbəkələrin idarəçilərinə və hüquq-mühafizə orqanlarına məlumat verəcək.

Qətər-2022-də komandalar, oyunçular və digər fərdi iştirakçılar da bu moderator xidmətini aktivləşdirə biləcəklər. Təhqir dolu şərhləri gizləyən bu xidmət sayəsində şərhlərin ünvanlandığı şəxslər və onların izləyiciləri bu şərhləri görməyəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*