Finlandiyada təəccübləndirən təbiət hadisəsi – VİDEObackend

Finlandiyada təəccübləndirən təbiət hadisəsi - VİDEO

Finlandiyada nadir rast gəlinən təbiət hadisəsi baş verib.

KONKRET.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, qeyri-adi təbiət hadisəsi Hailuoto adasındakı Mmarjaniemi çimərliyində baş verib.

Belə ki, adıçəkilən çimərliyə irili-xırdalı dolu yağıb. Hətta aralarında futbol topu boyda olanı da var. Çimərliyi ziyarət edənlər təəccüblərini gizlədə bilməyib.

Finlandiya Meteorologiya İnstitutundan verilən açıqlamaya görə, bunun tez-tez rast gəlinməyən təbiət hadisəsi olduğu bildirilib.

Belə bir təbiət hadisəsinin ildə bir dəfə rast gəlinə biləcəyi, bunun üçün havanın temperaturunun sıfır dərəcədən aşağı, suyun isə donma dərəcəsinə düşməsi, dalğaların da bir az qabarıq olması lazımdır.

Qeyd edək ki, bənzər hadisə bundan əvvəl Rusiyada da yanaşıb.

Hazırladı: Firuzə ALİMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*