Ermənistan Milli Assambleyasının (parlament – red.) sədri Ruben Rubinyan xatırladıb ki, 2015 və ya 2016-cı ildə Rusiyanın telekanallarından birində yayımlanan tok-şou zamanı Ermənistanı “gəzəyən” qadınla müqayisə ediblər.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.
“Mən konteksti xatırlamıram, amma belə bir ifadənin səsləndirildiyini dəqiq bilirəm. Bu, Ermənistanda böyük narazılığa səbəb olmuşdu”, – o bildirib.
Rubinyan qeyd edib ki, xarici və ya beynəlxalq siyasətin sevgi ilə heç bir əlaqəsi yoxdur:
“Beynəlxalq münasibətlər iqtisadi, müdafiə və ya təhlükəsizlik sahəsindəki maraqlara əsaslanır. Beynəlxalq münasibətlər heç bir emosiyaya söykənmir”.
Rəsmiyyə Şərifova,
KONKRET.az
