Almaniyanın Saksoniya federal torpağında canavarların ovlanması sadələşdirilib.
KONKRET.az xəbər verir ki, Federal torpağın parlamenti canavarların sayına nəzarəti ovçuluq orqanlarına həvalə edən və onların mühafizəsi qaydalarını dəyişdirən qanun qəbul edib.
2026-cı ildə Saksoniyada canavarlar artıq 200-ə yaxın kənd təsərrüfatı heyvanını tələf edib. Ən çox qoyunlar, həmçinin keçilər və iribuynuzlu mal-qara canavarların hücumuna məruz qalıb. Fermerlər heyvanlarının ölümündə canavarın iştirakını sübut edə bildikləri halda kompensasiya almaq hüququna malikdirlər.
Rəsmi məlumatlara görə, 2024/2025-ci illər üzrə monitorinq dövründə Saksoniyada ümumilikdə 46 canavar ərazisi müəyyən edilib. Bunlardan 35-i canavar sürüsü, 10-u canavar cütlüyü, biri isə tək yaşayan dişi canavar olub. Onların əksəriyyəti Yuxarı Lujiça ərazisində yerləşir.
Aprel ayında Federal Ovçuluq Qanununa və Federal Təbiətin Mühafizəsi Qanununa dəyişikliklər edən qanunlar qüvvəyə minib. Bundan sonra yırtıcıların ev heyvanlarına zərər vurduğu və ya onları tələf etdiyi sübuta yetirildiyi halda canavarların ovlanmasına icazə verilir.
Rəsmiyyə Şərifova,
KONKRET.az
